Nazilə səfərli

"Xoşun gəlmir, rədd ol, cəhənnəm ol"

Şairə, aparıcı Nazilə Səfərli sosial şəbəkədə ona qarşı yazanlara narazılığını ifadə edib.

Qlobal.net xəbər verir ki, məşhur "özünü reklam edirsən" deyənləri sərt şəkildə tənqid edib.

"Dünən (Aşıq) Zülfiyyə xanımın toyundaydım, paylaşım eləmişəm ki, məclisi Pünhan bəylə mən aparıram. Yazırlar ki, özünü az reklam elə, bu qız özünü reklam edir. Ayə, toyda mənəm, nağarım (neyləyim), gəlim səni reklam edim?! Bir yönlü işini, yerini, səmtini göstər, gəlim Allaha xatir onu reklam edim. Yorulun da, nə istəyirsiniz? Xoşun gəlmir, rədd ol, cəhənnəm ol, çoxmu lazımsan?", - o bildirib. 

Xatırladaq ki, bu yaxınlarda Aşıq Zülfiyyə İbadovanın nəvəsi Renatın kiçik toyu olub. Tanınmış şou-biznes nümayəndələri məclisdə iştirak edib. (ölkə.az)

11.05.2024 15:32
show 528