Xoşqədəmin cavabı gecikmədi: "Evli kişi hesabına maşın, ev sahibi olan..."
Aysel Əlizadənin Xoşqədəm Baxşəliyevaya qarşı məhkəməni qazanması
xəbərini izləyiciləri ilə paylaşmasından sonra aparıcıdan ona cavab
gecikməyib.
Qlobal.net xəbər verir ki, aparıcı sosial media hesabından ailəsi dağılan xanımın fotosunu paylaşıb.
Xoşqədəm Baxşəliyeva sərt ittihamlar səsləndirib: "Bu qadına diqqətlə baxın. Adı Turanədir, ailəsini dağıtdılar. İki
bacı bu gün ayrı-ayrı evlərdə yaşayır. Bu qadının səsi oldum, evini,
alimentini aldım. İki bacının eyni məktəbdə oxumasına nail oldum. Və
qorumaqda da davam edirəm. Yəni əxlaqlı, məşuq hesabına ev, maşın sahibi
olmayan qadınlar üçün ölümə belə gedərəm. Gələcək nəsillər əxlaqlı
oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı Azərbaycan qadınlarını
qorumalıyıq. Mən qoruyuram və bundan sonra da olacaq. Əxlaqsız, evli
kişilərin ailəsini dağıdanlar nəzarətim altındadır. Bu yaxında yeni
rəsm, videolarla, səs yazıları ilə başqa evi yıxılan bir yetimi
tanıyacaqsınız. Yazıq Şahinlər, Əlilər, Vəlilər mhv olacaqlarını
anlayıb, qaçan yetimlər. Əxlaqlı qadınlarınızı qoyub, namusunu, ismətini
üç qəpiyə satan, varlandıqdan sonra sizi atan, "xanım" olub əxlaq dərsi
keçən, ərə getmək istəyirəm deyib, ər axtaranlardan uzaq olun.
Övladlarınız yazıqdır" deyə, Baxşəliyeva paylaşımında yazıb.