657ddbb15379c202312231737
Xoşqədəmi məəttəl qoyan hadisə: “Aqşin Fatehi sevirəm, onu mənə verin!”

“Səni axtarıram” proqramında gərgin, eyni zamanda, gülməli hadisə yaşanıb.

Qlobal.net Bizim.Media-ya istinadla xəbər verir ki, studiyaya gələn yaşlı bir qadın huşunu itirib.  

Özünə gəldikdən sonra o deyib: “Meyxanaçı Aqşin Fatehi istəyirəm. Onu sevirəm. Bu, Allahın işidir. Mənə gülməyin, sakit durun. Bir aya yaxındır ki, sizin verilişinizdəyəm. İstəyirəm ki, mənə Aqşin Fatehi verəsiniz!”

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı daxil olmaqla, eskpertləri və studiyada əyləşən tamaşaçıları təəccüblənib və gülüblər.

Qadının bu sözlərindən məəttəl qalan Xoşqədəm efir vasitəsi ilə Aqşin Fatehə səslənib: “Bəxtəvər başına, ay Aqşin Fateh! Belə bir fanatınız var”.

16.12.2023 21:16
show 1825