Xoşqədəm və Doğuş türkiyəli aparıcını məhkəməyə verdi
Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuş barəsində qalmaqallı açıqlamalar verən türkiyəli aparıcı haqda danışıb. O, "Səni axtarıram" verilişində həmin aparıcını
həyat yoldaşı və özü haqda yalan məlumat vermək, ailəyə müdaxilə maddəsi
ilə məhkəməyə verdiyini açıqlayıb: "Həyat yoldaşıma və ailəmə qarşı
günlərdir apardığınız qərəzli verilişlərə görə bütün qanuni prosedurları
başlatmışıq. Etibarımızı zədələyən hər cür yalan və böhtana qarşı
sonunacan mübarizəmizi qanuni yolla aparacağıq. Doğuşun xanımının adının
çəkilməsi və övladlarının psixologiyasını pozacaq hər hansı bir məlumat
şəxsi həyata müdaxilədir. Bu səbəblə həmin verilişdə haqqımızda
söhbətlərin dərhal dayandırılmasını tələb edirik. Bütün qanuni yollara
baş vurduğumuzu bilməyinizi istəyirik", - deyə müraciətdə qeyd olunub.