643d3e25b4815202304234005

Xoşqədəm Rövşanəyə söz atdı: "Sən fikir vermə"

Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist İlkin Əhmədov və Rövşanə Ağasəfqızı arasında baş verən qalmaqala münasibət bildirib. 

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində bir neçə gün əvvəl proqrama gecikdiyi üçün Rövşanə tərəfindən tənqid edilən İlkini müdafiə edib: "Sən fikir vermə. İlkin o qədər dəqiq bir insandır. Yadımdadır ki, bir gün İlkini şənbə günü efirə çağırmışdıq. Həmin həftənin ikinci günü zəng vurub söylədi ki, ola bilər şənbə günü mən verilişinizə gecikim. Çünki həmin gün dərsim var. Efirdə problem yaranmasın. Mənə görə isə istəmirəm problem yaşayasınız. Bax, bu dərəcədə İlkin dəqiq və məsuliyyətlidir. Hər zaman deyirəm ki, belə bir insanlara hər zaman hörmət etmək lazımdır. Bura televiziyadır və bu cür məsələlərə diqqətlə yanaşmaq özü belə böyük işdir. Hər zaman vaxtında efirlərə, verilişlərə gəlmisən. İlkinimiz belə bir insandır".

İlkin isə onun sözlərinə "Siz hər zaman insanların həm xeyrinə, həm də şərinə yarımışsınız. Sevə-sevə sizin verilişinizə gəlirəm. Elə verilişlər var ki, ora getməsən daha yaxşıdır. Amma sizin verilişinizə dəstək verməliyik və kömək etməliyik" reaksiyasını verib.

Qeyd edək ki, Rövşanə proqramına gecikən İlkini efirə buraxmamış, onu tənqid etmişdi.

17.04.2023 16:39
show 2596