Xoşqədəm müğənni Mətanətə səsləndi: Siz 3 uşaqlı kişini…

Xoşqədəm Hidayətqızı müğənni Mətanətə səslənib.
Qlobal.net xəbər verir ki, aparıcı Mətanətə müraciət edərək 3 uşaqlı kişini evinə göndərməsini istəyib:
“Ona deyin ki, bu gün körpəsini atan sabah yad qızı məni atacaq. Bir insan əgər uşağını atırsa, sizi gözünü qırpmadan atacaq. Həmişə demişəm ki, ata-anasına hörmət etməyənlərə salam verməyin, Öz doğma bacı-qardaşına pislik edən, xəyanət edən, düşmənin ocağına neft tökən biri varsa, ailənizdən uzaq edin, təhlükəlidir”.
Qeyd edək ki, “Səni axtarıram” verilişinə çıxan Gülnar adlı qadın Mətanət adlı müğənni qadının onu həyat yoldaşından ayırmaq istədiyini bildirib.
Gülnar 16 illik həyat yoldaşından ayrılmaq istəmədiyini bildirib.
Onun 3 övladı var. Gülnar “Uşaqlarım atasız qalamsın deyə həyat yoldaşımdan boşanmaq istəmirəm” deyə canlı efir zamanı qeyd edib.
Daha sonra qadın bildirib ki, həyat yoldaşı ona Mətanət adlı müğənni ilə xəyanət edir. Qadın sənətçi Gülnara 4 ildir sosial şəbəkədən yazır ki, ərindən boşansın.
Gülnar isə həyat yoldaşından heç vaxt boşanmayacağını açıqlayıb.
Посмотреть эту публикацию в Instagram