Aparıcı Xoşqədəm Hidayətqızı növbəti açıqlaması ilə gündəmə səs salıb.
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, televiziya ulduzu
aparıcısı olduğu "Səni axtarıram" ictimai-sosial verilişində bildirib
ki, onun adı artıq marka və reytinqdir.
"Mən markayam, reytinqəm. Haqqımda çıxan pis və ya yaxşı xəbərimdə
milyonlarla "baxış" toplayır. İndi sərhədləri aşmışam. Artıq Türkiyədə
də adım reytinqlidir. Mənim adımı çəkərək yox, öz adınızla reytinq
qazanın. Hansı yerə gedirəmsə, ayağımla reytinq, ruzi və böyük uğurlar
aparıram. Niyə? Çünki bunu Allah belə istəyir. Mən kiməm ki,...
Ümumiyyətlə bəndə kimdir ki, bəndələrə kömək etsin. Allahdır yardım
edən. Allaha inanacaqsınız. Baxın görün ki, neçə dəfə "Səni axtarıram"
verilişinin "balalarını" yaratmışam. Amma mən və mənim aparıcılıq
etdiyim "Səni axtarıram" verilişi markadır".