Aparıcı Xoşqədəm Hidayətqızı efirdə işlətdiyi sözlərə görə müğənni Aysel Əlizadəyə təzminat ödəyəcək. Qlobal.net Qafqazinfo-ya istinadla bildirir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
İşin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ildə “Səni
Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş
əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı
“Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz,
buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya
çıxıb. Hamısını deyəcəm...” kimi fikirlər səsləndirib.
Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və
ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.
İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində
mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun
qərar çıxarıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.