Xoşqədəm Hidayətqızı: "Yazırlar ki, böyük oğlunuz hardadır?" - VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızı yeni açıqlaması ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, o "Səni axtarıram" proqramında böyük oğlundan danışıb.
Hidayətqızı bildirib ki, sosial şəbəkə istifadəçiləri ondan tez-tez böyük oğlu ilə şəkil paylaşmamamğının səbıəbini soruşurlar:
"Bir
də görürsünüz ki, mənə böyük oğlumla bağlı yazırlar. Uşaqlarım
qucağımda olan şəkil paylaşıram. Yazırlar ki "Sizin böyük oğlunuz
hardadır?". Bu an məni gülmək tutur. 18 yaşım var idi, ata-anaya
baxırdım. Ata-anam üçün gecələr yatmayıb pul qazanırdım ki, onları çadır
şəhərciyindən çıxarım. Məcburi köçkün idilər. Atam-anam ac-susuz
qalmasın deyə gecələr belə yatmadan çalışırdım. 28 yaşında oğlanı ana
qucağına alıb gəzdirməllidir? 28 yaşlı kişi bir ailə başçısı olur. Mən
18 yaşımda bir qəzetdə işləyirdim. Qucağımda da körpəm var idi".