“Vasif Məhərrəmlinin bütün Rusiyadakı balalarını Azərbaycana gətirmək mənə borc olsun”.
Qlobal.net xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Buna səbəb isə Əməkdar artistin dediyi sözlər olub: “Xoşqədəmin bişirdiyi dolma qazanda yağın içində üzürdü. Mən də yalandan dedim ki, dolma əladır, çünki biz efirdə idik”.
Xoşqədəm Vasiflə bağlı bu sözləri dilə gətirib: “Vasiflə daha əvvəl müqavilə bağlamışdım. Sənin haqqında mənə gələn “Rusiyada uşaqları var” xəbərini efirə çıxarmayacağam. Bu gün Vasifin dediyi “Mənim dolmam qazanda yağın içində üzürdü” sözlərindən sonra müqaviləni pozuram, ən qısa zamanda Anya ilə “Səni axtarıram” verilişində görüşərsən. Vasif bilmir kimə ilişib. Bilmir… Nə deyirəm ki, sonra buna görə mənə zəng edərsən”.
Məhərrəmli isə gülərək ironiya ilə deyib: “Qızım və oğlum sevinəcək ki, onların Rusiyadan bacı və qardaşı gələcək”. (yenisabah.az)