Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuşla bağlı efirdə gözlənilməz açıqlama verib.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, Xoşqədəm aparıcısı olduğu "Günaydın, Azərbaycan!" verilişində bildirib ki, həyat yoldaşı ucuz qiymətə toy məclislərinə getmir.
"Danışacağım söhbət Doğuşun qatıldığı toy və tədbirlərdən aldığı
qonorarın, yəni pulun miqdarından gedir. Bu gün hamının pula ehtiyacı
var. Eləcə də bizim. Doğuş deyir ki, həyatı boyu ac qalaram, amma
sənətimi ucuza satmaram. Mən olsam, ucuz qiymətə də toylara gedərəm.
Fikirləşirəm ki, o ruzidir, Allah onu mənə verib. Ruzini isə geri
qaytarmaq olmaz. Bu gün 5 manat aşağı, sabah 10 manat yuxarı pul
qazanaram.
Amma Doğuş elə düşünmür. O deyir ki, küçələrdən əziyyətlə bu mərhələyə
gəlib çatmışam. Ac olsam da, sənətimi heç zaman ucuza satmaram. Sənətimi
bu dərəcədə ucuz qiymətləndirənlərin məclisinə gedib, oxumaram".
Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arın və Arda adlı əkiz övladı var.