02.10.2021
13:05
1212

Xoşqədəm arvadını öldürən polisin ömürlük həbsini istədi

Loading...
Aparıcı Xoşqədəm Hidayətqızı Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq arvadı Xanım Məmmədovanı qəsdən öldürməsi ilə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, hadisəyə münasibət bildirən aparıcı dəfələrlə əri tərəfindən döyülən qadınların ona müraciət etdiyini bildirib:

"Daha bir qadın əri tərəfindən, həm də polis şöbəsində uşaqlarının gözü önündə qətlə yetirilir… Polis şöbəsində polis olan ər öz xidməti silahı ilə həyat yoldaşını öldürür, bir gün öncə isə "dubinka”yla onu vəhşicəsinə döyür. Budurmu kişilik?! Zəif, gücsüz bir qadına əl qaldırmaq, öldürmək kişilikdirmi? İşgəncədən bezib, polisə şikayət etməsini namusunamı sıgışdırmadın, ay kişi? Bəs, namusunu insanların gözü önündə döyərkən, öldürərkən, bağlı qapılar arxasında saxlayarkən o namus, vicdan yadına düşmədimi, səni narahat etmədimi? Körpələrin yanında günahsız bir qadını öldürərkən namuslumu oldun? Sənin olmayan vicdanına lənət... İndi kiminsə, çıxıb ortaya ölən bir qadının namusunu ləkələyər, hər zaman bu cür olub. Əxlaqsız idi, ona görə öldürdü və sair...

12 ildir rəhbəri olduğum layihəyə müraciət edən sənin kimi ərlərin işgəncəsindən qurtulmaq istəyən yüzlərlə qadınla qarşılaşdım: Ayıbdır, boşana bilməzsən deyib, valideynləri tərəfindən ər evinə qaytarılan bəxtsiz gəlinlər mənim üstümə qaçıb kömək istəyirdilər. Mən onları müdafiə edərkən nə təhqirlərə məruz qalmadım. Bax, bu ölümlərdən o gəlinləri qorumaq ücün müdafiə edirdim və hər zaman da edəcəm.

Bir onu bilirəm ki, sənin kimi kişilərə güllələnmə verilməyənə qədər qətlə yetirilən, ailəsi tərəfindən qəbul edilmədiyini görüb evdən qaçan qadınlar çox olacaq. Bu manyaklara görə, ölüm hökmü bərpa edilsin. Ən azı ömürlük həbs edilməlidir".
Loading...