Xoşladığı qadınların ətini yeyən, adam ətindən qutab bişirib satan “Xaçmaz qəssabı” – O, indi haradadır?

2001-ci ildə ölkə teleməkanında yayımlanan “Ailələr və talelər” verilişində jurnalist Nailə İslamzadənin bir müsahibi olmuşdu.
Xanım həmkarımızın suallarını adamyeyən manyak bütün çılpaqlığı ilə cavablandırmışdı. İqor adlı manyak müsahibəsində bildirmişdi ki, onun bu cür amansız əməli törətməsinin səbəbi 15 yaşında sevdiyi bir qız olub. Belə ki, sevdiyi qızdan rədd cavabı alan İqorda qadınlara qarşı nifrət yaranır. Dediyinə görə, o, bunu həzm edə bilmir və qadınlardan qisas almaq qərarına gəlir. 20-25 yaşında olan qızlarla tanış olduqdan sonra onları Xaçmaza, cinayət ortağının meşədə yerləşən evinə aparırmış. Orada qızları öldürdükdən sonra cinayət ortağının – həyat yoldaşının da yardımı ilə onları ət maşınından keçirib, qutab bişirib, həm özləri yeyiblər, həm də avtovağzal və digər yerlərdə camaata satıblar: “Camaat bilmədiyi üçün qutabları alıb, yeyirdilər. Biz özümüz də əti yeyirdik. Qızları mən seçirdim. Onlara birinci pul təklif edib, cəlb edirdim. Daha sonra isə Xaçmaza, İzmaylovka adlanan hissəsinə aparırdım. Apardığım qızları dostumla birlikdə balta ilə öldürüb, başlarını kəsirdik. Qızlar əvvəlcə nə baş verdiyini hiss etmirdilər. Yalnız ölümlərinə az qalmış başa düşürdülər, ki, onda da gec olurdu”.
Ətraflı videoda baxa bilərsiniz:



