Xəbər verdiyimiz kimi tanınmış teleaparıcı Xose Bernardo narkotik asılılığından qurtulmağa çalışır.
Qlobal.net aktyor-aparıcı Xose Bernado haqda məlumatı təqdim edir:
Əslində, Xose Bernardo Azərbaycanda doğulub. Anası azərbaycanlı, atası kubalıdır:
"Bakıda doğulmuşam, böyümüşəm, əsgərlikdə olmuşam. Tamaşaçılar ilk dəfə məni "Planet Parni iz Baku" KVN vasitəsilə tanıyıblar. İlk dəfə 2013-cü ildə Heydər Əliyev Sarayında səhnəyə çıxmışam. O illərdən sevilməyə başlamışam.
Ailədə 3 övladıq: qardaşım, bacım və mən. Onlar, məndən fərqli olaraq, ağdərilidirlər. Anam tərəfə çəkiblər. Mən bir az qaraşınam. Atama oxşamışam.
Uşaqlıqdan fəhlə işləmişəm, "zabor" tikmişəm. Ofisiant da, fotoqraf da işləmişəm. Aparıcılığa qədər çox işlərdə işləmişəm. Bundan da qətiyyən utanmıram. Pul qazanmaq heç vaxt ayıb deyil. Ona görə də bu işlərimə görə heç vaxt utanmamışam.
İlk qazandığım pul 100 dollar olub. İndiyədək yadımdadır. O da 13 yaşımda "Planet Parni iz Baku"da çıxış etdiyimə görə qonorarım olub. Tahir İmanov sağ olsun. Mən həmişə demişəm. Tahir və Cabir qardaşlarına həmişə minnətdar olacağam ki, ilk dəfə onlar məni əlimdən tutub səhnəyə çıxardıblar. Onların bu yaxşılıqlarını heç vaxt unutmayacağam.
Aparıcılığa 2008-ci ildə ANS televiziyasında başlamışam. İdman xəbərlərinin aparıcısı olmuşam. Bizim birinci diktorumuz Sabir Ələsgərovun tələbəsi olmuşam. Bir il hazırlıqdan sonra ANS-də ilk dəfə idman xəbərlərini aparmağa başlamışam. 3 il".
Fidan
Qlobal.net