Xoşbəxt evlilik üçün cütlüklərin deməməli olduğu 3 ifadə açıqlanıb.
Qlobal.net xəbər verir ki, həmin ifadələrin hansı olduğunu qadın-kişi münasibətləri üzrə mütəxəssis Ceffri Bernşteyin bildirib.
Bunlar “Sən həmişə”, “Sən heç vaxt”, “Hər nə isə” ifadələridir.
Onun sözlərinə görə, “Sən hər zaman” ifadəsi ilə başlayan cümlələri qarşı tərəf tənqiddən daha çox günahlandırma kimi qəbul edir:
““Sən heç vaxt” ifadəsi isə partnyorunuzla aranızda böyük bir divar hörür.
“Hər nə isə” isə laqeydliyi və səmimi bağın olmamasını göstərir.
Bu ifadələr dilə sadə gələ bilər, ancaq zamanla cütlüklər arasındakı bağı, inamı və sevgini zəiflədir.
Bu ifadələrdən çəkinmək və daha şəffaf, anlayışlı və hörmətli ünsiyyət qurmaq, evlilikdə harmoniya və xoşbəxtlik üçün vacibdir.
Onların əvəzinə həyatınızdakı insanla aranızda baş verən problemləri açıqca müzakirə edə və birlikdə həll yolu tapa bilərsiniz”. (sfera.az)