652b7513688f0202310231355
Xocalı qatili MTX-də dindirildi

Xocalı qatili, azərbaycanlı dinc sakinlərə və əsirlərə qarşı xüsusi qəddarlığı ilə məşhur olan cani Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Qlobal.net axar.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan mediaya açıqlamasında deyib.

Vəkil Balasanyanın niyə çağırıldığını deməsə də, yalnız şahid qismində ifadə verdiyini vurğulayıb.

Qeyd edək ki, Balasanyanın ən son üzə çıxan cinayətlərindən biri də azərbaycanlı döyüşçü Natiq Qasımovu xüsusi işgəncə və qəddarlıqla qətlə yetirməsidir. Onun 19-20 sentyabr antiterrir tədbirlərindən sonra Ermənistana necə qaça bildiyi bəlli deyil.

15.10.2023 09:13
show 4333