Xocalı faciəsinə aid şeirlər

Xocalı faciəsinə aid şeirlər

Qlobal.net Xocalı faciəsinə aid şeirləri təqdim edir:

Bir gecədə yanan şəhər,

Arzuları donan şəhər,

İşıqları sönən şəhər,

İlğım təki titrəyirsən şəhidlərin qəbri üstə.

Hədiyyə almış yetim uşaq təbəssümlü

“Bir an və möhtəşəm” xəyalın gəlir, gedir...

Qız-gəlinin əllərdədir,

Uçmuş ruhun çöllərdədir,

Yuxun gəlmir.

Havalar da heç düzəlmir.

Bu dünyanın səbri üstə xərclənənlər

geri gəlmir.

Xocalı!

Heykəl kimi uçurulan şəhər,

Diri-diri məzarlığa köçürülən şəhər,

Hər il ölüm günü təmtəraqla keçirilən şəhər!

Səngərləri aşa-aşa

Sənə tərəf gəlməkdəyəm.

Sağlığımda görüşməsək,

Görmək üçün ölməkdəyəm.

Bir yandan da düşünürəm:

– Bu qədər xərc, borc içində

Necə vurum ömrü başa?

Heç olmasa, ölənədək,

səni görmək arzusuyla

Xarabalıqlarda gecələyən

xəyalımda yaşa!


-----------------
İnsanlara qıymadan,
Güllə atəşinə tutdular.
Yaşlı, uşaq baxmadan,
Yanar oda atdılar.

Neçə şəhidlər verdik,
Neçə ana itirdik,
Neçə illər gözlədik,
Xocalı, ay Xocalı !

Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !

Gün gələr, dərdimiz sona yetər,
Hər kəs öz yurduna dönər,
Şəhidlərin ruhu sevinər,
Xocalı, ay Xocalı !

Sənin uğrunda döyüşməyə hazırıq,
Vətən torpağını qaytarmağa hazırıq,
Düşmənə hər cür əzab verməyə hazırıq,
Xocalı, ay Xocalı !

Şəhidlərin qanı yerdə qalmayacaq,
Anaların haqqı düşməndən sorulacaq,
İgid oğullar səni düşməndən qurtaracaq,
Xocalı, ay Xocalı !


----------------
Qisasını almışıq,
Xocalı qurbanları.
Yeni tarix yazmışıq,
Xocalı qurbanları.

***
Düşmənlərə çəkdik dağ,
Daha deyil həmin çağ,
Azad olub Qarabağ
Xocalı qurbanları.

***
Düşmən vəhşi düşməndi,
Eşidənlər üşəndi,
Qarabağ təmizləndi,
Xocalı qurbanları.

***
Heç zaman unutmarıq,
Nə qədər ki, biz varıq,
Daim sizi anarıq,
Xocalı qurbanları.

Müəllif: Nicat İsmayılov

 

Qisasını almışıq 

Xocalı qisasını
Alıbdır igidlərim.
Artıq Zəfər marşını
Çalıbdır igidlərim.

Xocalı soyqırımı,
Yaddan çıxmaz heç zaman.
Günahsız insanlara,
Düşmən verməmiş aman.

Alındı 44 günə,
Xocalının qisası.
Qazandığımız Zəfər,
Babaların mirası.

İgid oğullarımız,
Tarix unutmaz Sizi.
Bizə Zəfər yaşadıb,
Tarixdə qoyduz izi.

Fidan
Qlobal.net

04.02.2025 01:33
show 11