photo_28228623
“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.

2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.

2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib.

2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib.

I Qarabağ müharibəsi zamanı Saroyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Kəlbəcər, Laçın, Zəngilan rayonlarının işğalında iştirak edən keçmiş deputat 2000-ci ildə general rütbəsi alıb. O, Qarabağda müharibə zamanı hərbi əsirlərə və dinc azərbaycanlı sakinlərə qarşı xüsusi amansızlığı ilə seçilib. Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, onun da adı hallanır.

13.08.2022 09:02
424