Xırdalanda gəlin başqasına qoşulub qaçdı, atası görün nə etdi - TƏFƏRRÜAT
Xırdalan şəhə rində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib - red.) qətlə yetirib.Qlobal.net"teleqraf.com”a istinadən bildirir ki, Həmid qızı Sevilin başqa şəxslə
uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq əslən Beyləqan
rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından,
qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər
tutub.
Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq qızının
yenidən Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy
göstərməməsi qənaətinə gəlib.
19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş
vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və
arvadı ona tərəfkeşlik edib.
Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və
yataq otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf
dönən oğlunun boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı
xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin
120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə)
maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid
ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi
ilə problemləri olub: "Qızım Sadiqlə evli olub. Daha sonra
rəfiqələrindən birinə aldanaraq Beyləqana getdi. Onu Beyləqandan
yaşadığımız evə geri gətirdidilər. Evdə Samirədən qızımın harada
olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin
onu yola saldığını bildirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını
evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə
gətirdiyini deyib: "Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən
başqa heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının
axşam bizə gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng
edərək yalan danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz
bildiyini etməyə imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda
mübahisə etdikdən sonra evə gəldim.
Axşam saat 21.20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə
dayana bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə
işlətdi. Mən də ona həddini aşmamasını söylədim".
Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər şəxs tərəfindən
döyüldüyünü, mobil telefon aparatının da əlindən alındığını deyib: "Ona
inanmadım. Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə
alışqanın işığında avtomobilin içərisini axtarmağa başladıq. Lakin
telefon aparatını avtomobildə tapa bilmədik.
Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı.
Samir əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə
ara qarışdı".
Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı
divandan tulladığını və Samirə dəydiyini bildirib: "Əsəbi olduğumdan
bıçağı divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən
vursaydım, özüm hüquq mühafizə orqanlarına müraciət etməzdim.
Samirə atdığım əşyanın heç bıçaq olduğunun fərqində olmamışam. Bıçağı
mobil telefonu zənn etmişəm. Yalnız bıçağı atdıqdan sonra əlimdəki
əşyanın bıçaq olduğunu bilmişəm".
Təqsirləndirilən ifadəsində göstərib ki, Samiri bıçaqla iki dəfə yox,
bir dəfə vurub. Onun sözlərinə görə, Samir evə girəndə boğazı cırılıb,
dörd nəfər şəxslə dalaşaraq evə gəlib.
Həmid törətdiyi əməldən peşman olduğunu söyləyib.
O deyib ki, əvvəllər oğluyla münasibəti yaxşı olub: "Qızım Sevillə bağlı
Samirlə aramızda problem yaranana kimi nə qızım, nə də oğlumla heç bir
problemim olmayıb. Hadisəyə kimi evimizdə söz-söhbət olmayıb. Mən hadisə
günü yox, hadisədən bir gün qabaq yeyib-içmişəm. Hadisə günü alkoqollu
içki qəbul etməmişəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı
Samirənin sözlərinə görə, hadisədən əvvəl də bir dəfə Samiri evdən
götürərək gedib: "Həmid ondea Samiri bıçaqlayaraq öldürmək istəyib. Bu
səbəbdən biz bir müddət kirayədə qaldıq. Təxminən üç aydan sonra Samir
valideynlərinə yazığının gəldiyini, evin tək uşağı olduğunu bildirdi və
biz Həmidgilin yanına qayıtdıq.
Həmid həmişə Samirə zülm edib, kim ona nə deyirdisə gələndə Samirlə
münaqişə yaradıb. Samirin harasa gedib-gəlməyini belə həmişə problem
edib".
Hüquqi varis qeyd edib ki, hadisə gününə gəldikdə, Samirin heç bir
təqsiri olmayıb: "Axşam Samir evə çox sərxoş vəziyyətdə gəldi. Elə
sərxoş idi ki, heç danışa bilmədi, o ki qaldı kinməsə cavab qaytarsın və
ya onu təhqir etsin.
Münaqişə zamanı qaynatam Həmid qızı Sevilə görə əvvəlcə ərim Samirə
fiziki xəsarətlər yetirdi. Onun başını qapı taxtasının üzərinə qoydu və
başının üzərinə atlandı. Samirə çox ağır fiziki bədən xəsarətləri
yetirdi. Mənimlə qaynanam da Samiri onun əlindən ala bilmədik. Bəlkə
bıçaqlanmasaydı belə, çox ağır şəkildə döyüldüyü üçün öləcəkdi.
Samiri birtəhər Həmidin əlindən alıb otağımıza doğru apardıq. Onu otağa
doğru aparanda Həmid arxadan gələrək onu bıçaqla vurdu. Özü də arxadan
iki dəfə vurdu. Samir Həmidə doğru çevriləndə boğaz nahiyəsinə bıçaqla
xəsarət yetirdi".
Zərər çəkmiş bildirib ki, əri Samir alkoqollu içkiyə meyilli olmayıb:
"Sadəcə, hadisə günü Samir davamlı olaraq Həmid tərəfindən təhqir
olunduğu üçün çox içki içmişdi".
Samirə deyib ki, münaqişə Sevil evdən çıxaraq getməsinə görə yaranıb. O,
təqsirləndirilən şəxslə barışmadığını qeyd edib: "Həmidin nə səbəbə
Samirlə yola getmədiyini tam bilmirəm. Sevilin məsələsinə gəldikdə, o,
ailəsi ilə birlikdə yaşamaq istəmirdi. Başqasına qoşulub qaçmışdı.
Daha sonra atası onu evə gətirdi. Bir neçə gün Sevil evdə qaldıqdan
sonra Samirə evdən gedəcəyini, iki gün rəfiqəsinin uşaqlarına baxacağını
bildirdi. Samir də bacısının getmək istədiyini görərək onu saxlamağın
mümkün olmadığını başa düşdü. Bacısına icazə verməsə, onun evdən
qaçacağını anladı. Bu səbəbdən də Samir Sevilə iki gün sonra evə
qayıtması şərtilə evdən getməsinə razılıq verdi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Həmid 17 il müddətinə azadlıqdan məhrum edilib.