Xilas olmaq üçün qolunu kəsən, öz sidiyini içən adam

Aron Ralston adlı amerikalı alpinist 2003-cü ildə heç kimə xəbər etmədən Utahdakı kanyonları səyahət etməyə gedir. O, səyahət zamanı yıxılaraq qaya parçasına ilişib qalır. Aron Ralstonun həyatla ölüm arasındakı amansız mübarizəsi başlayır.
Qlobal.net bildirir ki, Aron qayadan xilas olmaq üçün müxtəlif strategiyalar fikirləşir, lakin heç bir nəticə əldə edə bilmir. İlk 3 gün kömək gələcəyini düşünür, amma bu tənha yerdən heç kim keçmir.
Az miqdarda olan suyunu çox ehtiyatla istifadə edir. Aronun tək çıxış yolu sağ qolunu kəsmək olur, lakin bunu bacarmır. Çünki bıçağı həm kəsici deyildi, həm də çox kiçik idi.
5-ci gün suyu tamamilə bitən Aron ümidlərini itirməyə başlayır. Kamerası ilə son görüntülərini qeyd edir və divara, ad-soyadını, ölüm tarixini cızır… Aron Ralston özündə cəsarət toplayıb son dəfə qolunu kəsmək üçün yenidən cəhd edir. Qolunu sıxır və təxminən güclü ağrılarla 1 saat müddətində kor bıçağı ilə qolunu kəsməyə başlayır. O, bunu bacarır. İlişdiyi yerdən çıxıb sıldırım qayadan tək əllə, qan itir-itirə aşağı düşür.
Maşını 13 km uzaqda olan Aron qan itirmədən öləcəyini təxmin edir. Burada nəhayət bəxt adamın üzünə gülür və gəzintiyə çıxan bir ailə onunla rastlaşır. Aronu xilas edirlər. O, bu 5 gün ərzində qanının 25%-i, çəkisinin 18 kq-ı itirir.
Aron Ralston bu hadisədən sonra da dağlara, kanyonlara dırmanmağa davam edib. O, bu hadisə haqqında “qolumu itirmədim, həyatımı geri qazandım” deyir.
Bu hadisə barədə çəkilmiş “127 saat” adlı film var, izləyə bilərsiniz.