636a389219674202211220802
“Xəzər TV”nin efirindəki Cənubi Azərbaycanla bağlı bu çıxış gündəm oldu - VİDEO

“Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova maraqlı addımı ilə diqqət çəkib. 

Qlobal.net xəbər verir ki, o, efir başlayarkən tamaşaçıları "O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl Cənubi Azərbaycan, cənubi azərbaycanlılar ifadələrini işlətmirdik. İranda yaşayan Azərbaycan türkləri deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq” sözləri ilə salamlayıb. 

Aparıcının Cənubi Azərbaycanla bağlı bu çıxışı sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub. 

Sözügedən videonu aparıcı Ulvira Qarayeva sosial şəbəkə hesabında yayımlayıb. 



08.11.2022 15:07
533