Ukraynaya məxsus pilotsuz uçan aparat bazar ertəsi Xəzər dənizi üzərində məhv edilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, PUA Moskva vaxtı ilə saat 07:50 radələrində vurulub.
Qeyd edək ki, bu gün Dağıstanın rəhbəri Sergey Melikov Xəzər dənizinin səmasında dronların göründüyü barədə məlumat vermişdi.
Qroznı, Mahaçqala və Vladiqafqaz hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. (ajans.az)