639a137582379202212221829
Xəzər dənizi ilə bağlı QORXULU PROQNOZ: 18 metrə qədər... - VİDEO

Xəzər dənizində suyun səviyyəsi 4-18 metrə qədər enə bilər.

Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov bildirib ki, dənizin səviyyə tərəddüdü ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Onun sözlərinə görə, Almaniya və Niderland alimlərinin proqnozları isə daha bədbindir.

Səid Səfərov deyib ki, sahəsinə görə dünyanın ən böyük qapalı gölü olan Xəzərdə suyun azalması həm iqtisadi, həm də ekoloji baxımdan ciddi problemlərə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə Xəzər dənizinin səviyyəsinin qalxması 2040-cı ildən sonra gözlənilir. Bunun da ciddi fəsadları ola bilər. Çünki suyun çəkildiyi ərazilərdə yeni infrastruktur qurulduqdan sonra səviyyə qalxarsa, bu zaman həmin ərazilər su altında qalacaq.


14.12.2022 22:17
show 786