Maraqlı

Xəstəliyini hamıdan gizlətdi, məşhur diktora görə ailəsini dağıtdı, meyiti iki gün morqda qaldı

Qlobal.net kulis.az-a istinadla tanınmış müğənni Hüseynağa Hadıyevin həyatına dair maraqlı faktları təqdim edir.

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. O, körpə olanda anası vəfat edir. Hüseynağaya bacısı baxır.

***

“Pionerlər” evində qarmon dərnəyinə gedən sənətçinin ali musiqi təhsili olmayıb. Ancaq sonradan İncəsənət universitetinə daxil olur.

12247861 10153806950629684 3750967581039568667 o 1637308529 Xəstəliyini hamıdan gizlətdi, məşhur diktora görə ailəsini dağıtdı, meyiti iki gün morqda qaldı

1972- ci ildə o, Sveta adlı xanımla bir-birlərini sevib ailə qururlar. Elə həmin il də Hüseynağa universiteti fərqlənmə diplomu ilə başa vurub hərbi xidmətə yollanır. Xidmətdən geri qayıdanda onun Ceyhun adlı oğlu dünyaya gəlir.

***

O, elə 70-ci illərin əvvəllərindən başlayaraq Gülarə Əliyevanın dəvəti ilə “Dan ulduzu” ansamblında solist kimi fəaliyyətə başlayır. Ömrünün sonuna kimi də bu ansamblın solisti olur. “Mənim dünyam”, “Gecələr bulaq başı”, “Nərgizim”, “Bir xumar baxışla”, “unuda bilmirəm” mahnıları ilə böyük məşhurluq qazanır.

96722231 2904817962948445 7509105337522192384 n 1637308552 Xəstəliyini hamıdan gizlətdi, məşhur diktora görə ailəsini dağıtdı, meyiti iki gün morqda qaldı

Dövlət televiziyasında çəkilişlərin birində AzTv-nin həmin dövr üçün məşhur diktorlarından olan Gülya Seyidbəyliyə aşiq olur. Həyat yoldaşı ilə rəsmi nikahda ola-ola ailəsini və evini tərk edib Gülya Seyidbəyli ilə vətəndaş nikahında yaşayıb.

***

Türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub. Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də zaman-zaman geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb. Ondan səhnəyə kostyum geyinib çıxmasını tələb etsələr də, o, çox vaxt bu tələblərə qarşı çıxıb.

11004537 784562234960675 6583625947178256029 o 1637308578 Xəstəliyini hamıdan gizlətdi, məşhur diktora görə ailəsini dağıtdı, meyiti iki gün morqda qaldı

Sənətkar qızıl-zinət əşyalarının, xüsusilə də brilliant həvəskarı olub.

***

“Sovetski” məhəlləsində böyüyən müğənni “quşbaz” olub. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonralar da əl çəkə bilməyib.

***

Hər zaman fikri sevimli göyərçinlərinin yanında olan sənətçini günlərin bir günü qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Qəfil döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa deyir:

“Tez maşını işə sal, sür Sabunçu bazarına. Qədeşim, quşlarım acından öldü e, gedək dən alaq”.

11896159 457990444380488 8333594199761609908 n 1637308675 Xəstəliyini hamıdan gizlətdi, məşhur diktora görə ailəsini dağıtdı, meyiti iki gün morqda qaldı

Hələ uşaq yaşlarından vərəm xəstəsi olan Hüseynağa Hadıyev bunu ömrü boyu hamıdan gizlədib. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər.

***

1992-ci ilin yanvar ayında onun səhhəti pisləşir “Səkkizinci kilometr”dəki vərəm dispanserinə köçürülür. O, həyat yoldaşının və oğlunun onu ziyarət etməsinə icazə verir. Digər xanımla da münasibəti bitən Hüseynağa Hadıyev 1992-ci il yanvarın 12-də dipanserdə dünyasını dəyişir.

22048150 249200898937763 315094828206180436 o 1637308725 Xəstəliyini hamıdan gizlətdi, məşhur diktora görə ailəsini dağıtdı, meyiti iki gün morqda qaldı

Deyilənlərə görə, həmin vaxt həyatında olan hər iki qadın Hüseynağadan imtina edir və Hüseynağa Hadıyevin meyitini dünyasını dəyişəndən iki gün sonra bacısı morqdan çıxarıb dəfn edir.

Related Articles

Bir cavab yazın

Back to top button