könül
"Xəstəlik adı ilə pul yığıb, sonra oğluna 2 minə it almışdı" - Könül Xasıyeva haqqında ŞOK SÖZLƏR

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını müalicə üçün 254 min manata ehtiyacı olduğunu bildirib. 

Xanəndə bunla bağlı tez-tez instaqram hesabında paylaşım edərək, ona yardım edilməsini istəyir. Bu dəfə də Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb. 

“Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu instaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz” deyə, muğam ifaçısı paylaşımında qeyd edib. 

Bu məsələ ilə bağlı jurnalist Pərviz Hüseynin yazdığı sözlər diqqət çəkib. Belə ki, jurnalistin iddiasına görə, Könül Xasıyevanın bir neçə evi var, onları satıb müalicəsinə pul ayıra bilər: “Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var!”(Minval.info)

24.10.2022 13:55
show 743