Almaniyanın Berlin şəhərində palliativ baxım mərkəzində işləyən həkim ən azı 15 xəstəni öldürməkdə günahlandırılıb.
Qlobal.net xəbər verir ki, Almaniyanın paytaxtı Berlində 4 nəfərin ölümündə rol oynadığı və himayəsində olan xəstələrə ölümcül miqdarda müxtəlif dərmanlar verməkdə şübhəli bilinən 40 yaşlı həkim avqust ayından bu yana həbsdə olan 2021-ci ilə aid araşdırmalar nəticəsində prokurorlar tərəfindən 15 ayrı qətldə ittiham edilib.
Prokurorluqdan verilən açıqlamada bildirilir ki, həkim xəstələrə onların xəbəri və razılığı olmadan anesteziya və əzələ genişlədən dərmanlar verib. Həmçinin, xəstələrin mənzillərini yandıraraq hadisəni ört-basdır etməyə çalışıb. Sözügedən sayın daha da arta biləcəyi və iş üçün xüsusi yaradılmış istintaq qrupunun xəstə qeydlərini araşdırdığı qeyd edilib.
Ona qarşı irəli sürülən ittihamları rədd etdiyi deyilən həkimə də ömürlük peşədən uzaqlaşdırılması istənilir. (yenisabah.az)