Xərçəngi dayandıran maddə

Xərçəngi dayandıran maddə kəşf olundu

Alimlər xərçəng kimi ciddi xəstəliklərin inkişafını dayandıra bilən təbii birləşmə kəşf ediblər. 

 

Qlobal.net bildirir ki, bitkilərdən əldə edilən bu maddə laboratoriya testlərində mühüm bir fermenti təsirsiz hala salıb. Hazırda onun müalicəvi təsirləri araşdırılır.

 

Müayinələrdə bitkilərdə olan sulfuretin adlı flavonoid birləşmənin xərçəng və MS ilə əlaqəli əhəmiyyətli bir fermenti zərərsizləşdirdiyi müəyyən edilib.

 

İndi bu maddənin terapevtik təsirini, təhlükəsizliyini və mümkün yan təsirlərini araşdırmaq üçün heyvanlar üzərində sınaqdan keçirilməsi planlaşdırılır.

 

Araşdırmanı aparan professorlardan biri olan Larri Şerman kəşf edilən bu birləşmənin bir çox müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcəyini düşünür. Sülfüretinin hialuronidaza adlı fermentin fəaliyyətini maneə törətdiyi aşkar edilmişdir. Bu ferment orqanizmdə hialuron turşusunu parçalayaraq bəzi xəstəliklərə səbəb ola bilər.

 

Bu mühüm kəşf Portland Universitetində uzun illər aparılan araşdırmalar nəticəsində ortaya çıxdı. Kimya professoru Angela Hoffman və tələbələri bitkilərdən əldə edilən müxtəlif birləşmələri tək-tək araşdıraraq xəstəliklərə qarşı təsirli olanları müəyyən etməyə çalışıblar. İllərlə aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, sulfuretin ən perspektivli birləşmələrdən biridir.

Səbinə

Qlobal.net

06.03.2025 11:57
show 22