Cəmiyyət

Xərçəngə qarşı 12 effektiv üsul

Xərçəngin yayılma nisbəti bütün dünyada getdikcə artır. Dünyada hər il 20 milyon, ölkəmizdə isə təxminən 230 min insana xərçəng diaqnozu qoyulur. Xərçəng ölüm səbəblərində ürək-damar xəstəliklərindən sonra ikinci yerdə dayanır. Dünyada hər il 10 milyon insan xərçəng səbəbilə həyatını itirir. Təxminən hər üç xərçəngdən birində isə beş əsas risk faktoru rol oynayır: artıq çəki, meyvə-tərəvəzin az qəbulu, hərəkətsiz həyat, siqaret və alkoqol istifadəsi. Bu risklərə qarşı tədbirlər görüldükdə xərçəng inkişafının 30-40% azaldıla biləcəyi bildirilir.

Qlobal.net xəbər verir ki, Acıbadem Ataşehir Xəstəxanasının Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Hüseyn Engin bildirir ki, siqaret xərçəng üçün ən ciddi risk faktorudur. O deyir:

“Əgər siqaretsiz cəmiyyət yarada bilsək, ağciyər xərçənglərinin təxminən 90%-dən çoxunu önləyə bilərik. Bundan əlavə siqaretin tərkibindəki maddələr baş-boyun, qida borusu, mədə, mədəaltı vəzi, böyrək, sidik kisəsi, leykoz və hətta döş xərçəngi kimi bir çox növün riskini artırır.”

Mütəxəssis xərçəngdən qorunma yollarını açıqlayır:

1. Həftədə 5 gün templi gəzinti edin

Daimi fiziki aktivlik maddələr mübadiləsini yaxşılaşdırır, immun sistemi gücləndirir və stressi azaldır. Araşdırmalara görə həftədə 5 gün, gündə 30 dəqiqə sürətli gəzinti edənlərdə döş, yoğun bağırsaq, uşaqlıq və prostat xərçəngi daha az görülüb. Üzmək, velosiped sürmək, tennis də faydalıdır.

2. Artıq çəkidən xilas olun

Araşdırmalar artıq çəkinin bir çox xərçəng növünü artırdığını göstərir. Obezite və hərəkətsiz həyat xüsusilə döş, yoğun bağırsaq, qida borusu, qaraciyər və uşaqlıq xərçəngi riskini 20-25% yüksəldə bilər. Sağlam qidalanma və aktivlik önəmlidir.

3. Siqareti dərhal tərk edin

Ağciyər xərçənglərinin təxminən 90%-i siqaretlə əlaqəlidir. Siqaret tüstüsündə minlərlə kimyəvi maddə var və yüzlərlə zərərli olduğu məlumdur.

4. Sağlam və balanslı qidalanın

  • Gündə ən az 5 porsiya meyvə və tərəvəz

  • Qırmızı əti həftədə yarım kilo ilə məhdudlaşdırın

  • Balıq, toyuq kimi ağ ətlərə üstünlük verin

  • Paxlalı bitkiləri tez-tez istifadə edin

  • Tam taxıl məhsulları seçin

  • Tuzu gündə 2-3 qramdan çox etməyin

  • Mövsüm meyvə-tərəvəzlərinə üstünlük verin

5. Əti manqalda bişirməyin

Yüksək temperaturda bişmiş ət kanserogen maddələr yarada bilər. Manqal edərkən ətin yanmamasına diqqət edin. Ən sağlam üsullar: buxarda və ya buğulama bişirmə.

6. Emal olunmuş qidalardan uzaq durun

Sosis, salam, sucuk, jambon kimi məhsulların içində risk artıran maddələr ola bilər. Mümkün qədər az istifadə edin.

7. Alkoqolu tərk edin

Alkoqol baş-boyun, qida borusu, qaraciyər, yoğun bağırsaq, mədəaltı vəzi və döş xərçənginə səbəb ola bilər. Siqaretlə birlikdə risk daha da artır.

8. İnfeksiyalara qarşı tədbir görün

Bəzi xroniki infeksiyalar xərçəng yarada bilər. Mədə Helicobacter pylori, Hepatit B, HPV kimi viruslara qarşı vaxtında müayinə və müalicə vacibdir.

9. Peyvəndləri laqeyd qoymayın

  • Hepatit B peyvəndi qaraciyər xərçəngindən qoruyur.

  • HPV peyvəndi 9-13 yaş qızlarda serviks xərçənginin qarşısını almaqda mühümdür.

10. Keyfiyyətli yuxu alın

Yuxu immun sistemi üçün vacibdir. Keyfiyyətsiz və az yuxu risk artırır.

11. Müntəzəm müayinələri gecikdirməyin

Simptom olmasa belə skrininqlər vacibdir:

  • 50 yaşdan sonra 5-10 ildən bir kolonoskopiya

  • 30 yaşdan sonra 5 ildən bir PAP Smear + HPV testi

  • 40 yaşdan sonra 2 ildən bir mammoqrafiya

12. Günəşə nəzarətli çıxın

D vitamini üçün günəş lazımdır, amma çoxu zərərverici ola bilər. Günəşə çıxmaq üçün ideal saatlar:
10:00-dan əvvəl və 16:00-dan sonra, 15-20 dəqiqə.
Güclü UV şüası dəri xərçəngi riskini artırır. Günəşdən qoruyucu vasitələr, eynək və papaq vacibdir. Solyarium kimi UV mənbələrinə uzunmüddətli məruz qalmaq tövsiyə olunmur.

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button