Xərçəng yayılma tezliyinə görə ikinci, ölüm səbəbləri arasında isə birinci yerdədir.
Qlobal.net bildirir ki, türkiyəli professor Ali Arıcan xərçəng riskini azaltmaq üçün 11 vacib qaydanı açıqlayıb.
1.Tütün məhsullarından uzaq durun!
Siqaret ən az 16 fərqli xərçəng növünün inkişafına səbəb ola bilən əsas risk amillərindən biridir. Araşdırmalara görə, ağciyər xərçənginin 90%-i siqaret və tütün məhsulları ilə əlaqəlidir. Tərkibindəki kimyəvi maddələr hüceyrələrə və DNT-yə ziyan vurur.
2.Alkaqolu azaldın!
Alkoqol qida borusu və mədəaltı vəzi xərçəngi də daxil olmaqla bəzi xərçəng növlərinin riskini artırır. Bunun səbəbi hüceyrələrdə genetik zədələnməyə səbəb olması və immun sistemini zəiflətməsidir.
3.Gündə ən az 5 porsiya tərəvəz yeyin!
Gündə ən az 5 porsiya tərəvəz və meyvə, tam taxıllar və sağlam yağlar daxil olan qidalanma xərçəng riskini azalda bilər. Həftədə 500 qramdan çox olmamaq şərtilə antioksidantlar və liflə zəngin qidalardan istifadə xərçəngdən qorunmağa kömək edə bilər.
4. Tibbi yoxlanışlar edin!
Xərçəngin erkən diaqnozu və xərçəngə səbəb ola bilən lezyonların aşkarlanması üçün müntəzəm tibbi müayinələr vacibdir. Xüsusilə, süd vəzi xərçəngi üçün mamoqrafiya, yoğun bağırsaq və uşaqlıq boynu xərçəngi üçün müntəzəm skrininqlər aparılmalıdır.
5. Günəşə çıxarkən qorunun!
Günəşin zərərli şüalarına həddindən artıq məruz qalmaq dəri xərçəngi riskini artırır, çünki ultrabənövşəyi şüalar dəri hüceyrələrinə ziyan vuraraq xərçəngin inkişafına səbəb ola bilər. Buna görə də günəş qoruyucu krem çəkmək, şapka taxmaq və uzun müddət günəş altında qalmamaq vacibdir.
6. Emal olunmuş ətlər, duzlu və həddindən artıq bişmiş qidalardan uzaq durun!
Xərçəngdən qorunmaq üçün emal olunmuş ətlər, duzlu və həddindən artıq bişmiş qidalar, eləcə də çox isti içkilərdən uzaq durmaq vacibdir. Bu qidalar kanserojen maddələr ifraz edərək, xüsusilə mədə və qida borusu xərçəngi riskini artıra bilər.
7. Mütləq peyvəndlərinizi vurdurun!
Tibb mütəxəssislərinə görə, peyvəndlər infeksiyaları önləyərək xərçəng riskini azalda bilər. Məsələn, HPV peyvəndi uşaqlıq boynu və ağız xərçəngindən, Hepatit B peyvəndi isə qaraciyər xərçəngindən qorunmağa kömək edir.
8. Genetik faktorları və ailə keçmişinizi araşdırın!
Ailənizdə xərçəng keçmişi varsa, genetik faktorları nəzərə almaq vacibdir. Həkiminizlə məsləhətləşərək genetik testlər və müntəzəm skrininqlərin hansı tezlikdə aparılmalı olduğunu öyrənməlisiniz.
9. Həftədə ən az 150 dəqiqə idmanla məşğul olun!
Həftədə ən az 150 dəqiqə orta intensivlikdə məşq, məsələn, sürətli gəzmək xərçəng riskini azalda bilər.
10. İdeal çəkinizi qoruyun!
Piylənmə süd vəzi, yoğun bağırsaq və uşaqlıq xərçəngi kimi bəzi xərçəng növləri üçün əsas risk faktorlarından biridir. Artan hormon səviyyələri və iltihabi proseslər səbəbindən xərçəngin inkişaf ehtimalını yüksəldə bilər. Buna görə də, sağlam çəkinin qorunması xərçəng riskini azaltmaq üçün vacibdir.
11. Stresdən uzaq olun!
Həddindən artıq stres immun sistemini zəiflədərək və zərərli vərdişlərə səbəb olaraq xərçəng riskini artıra bilər. Buna görə də stresin idarə olunması, meditasiya və relaksasiya texnikaları sağlam qalmaq üçün faydalıdır.
Səbinə
Qlobal.net