Xərçəng şişi yaradan bu dərman hələ də Azərbaycanda satılır - Professordan ŞOK AÇIQLAMA
"Ümumiyyətlə,
bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini
birinci Dünya Səhiyyə Təşkilatı qadağan etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Böyük
Britaniyanın "Glaxo" şirkətinin istehsalı olan və mədə yarası
xəstəliklərində istifadə edilən "Zantac" dərmanının tərkibində
kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi
ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Professorun sözlərinə
görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla
bilər.
Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi
törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili
çalınmağa başlayıb:
"Bunlar mədədə, qaraciyərdə, prostat vəzidə xərçəng şişi
xəstəlikləri yarada bilir. Əgər dərmanın tərkibində kanserogen maddə
olduğunu bilib və gizlədiblərsə, buna görə şirkət mütləq məsuliyyət
daşımalıdır. Yox, bununla bağlı heç bir məlumat olmayıbsa və sonradan
ortaya çıxıbsa, burada hüquqi məsuliyyət artıq başqa çür dəyərləndirilə
bilər. Zamanla bu cür preparatlar olur”.
Adiq Qeybulla "Ranitidin"in kimyəvi denevrator, yəni, mədəyə
gələn azan sinir şaxələrini blok edən bir dərman olduğunu vurğulayıb:
"Onun bir analoqu da "Simetidin", "Famotidin"dir. Bu preparatlar
mədə xorasının müalicəsində, hiperasit qastridlərdə, ümumiyyətlə, aşırı
turşuluqdan baş verən mədə patalogiyalarında istifadə olunan qiymətli
dərman preparatı idi. Bu təsirə görə bütün həkimlər ondan uğurla
istifadə edirdilər. Ondan sonra "Proton" pombasın blakatorları tətbiq
edilməyə başladı və nəticədə bu dərmanların tətbiqi azaldı. Amma bu gün
də praktikada həmin dərmanların tətbiqi var”.
"Zantac" mədə turşusu istehsalını azaldan bir dərmandır.
Ümumiyyətlə, mədə xorası və GERD xəstəliyini müalicə etmək üçün qəbul
edilir. 13 sentyabr 2019-cu il tarixində ABŞ Qida və Dərman İdarəsi
(FDA) bəyanat yayaraq, "Zantac" da daxil olmaqla bəzi ranitidin
dərmanlarında N-nitrosodimethylamine (NDMA) adında bir nitrosamin
safsızlığının olduğunu elan edərək dərman mağazalarında bütün ranitidin
məhsullarının satışını dayandırıb. 1 aprel 2020-ci ildə FDA dərman
istehsalçılarından ranitidinin bütün növlərini ABŞ bazarından
çıxarmasını istəyib.
"Bəs, istifadəsi qadağan olunun bu dərman preparatı Azərbaycanda
da istifadə olunubmu? Ümumiyyətlə, bu dərmanlar hazırda Azərbaycanda
satışda varmı", sualına Adil Qeybullanın cavabı "bəli" olub.
Xatırladaq ki, bu dərmanın Azərbaycanda dövlət qeydiyyatına
alınmış dərman vasitələrinin qiymətləri siyahısında qiyməti belədir:
ZANTAK RANITIDINE 150 mq Tablet Blister N20, Çin istehsalı 6,95, ZANTAK
RANITIDINE 25 mq/ml İnyeksiya üçün məhlul, Ampul 2 ml N5, İtaliya
istehsalı 6,45.
Qeyd edək ki, "Bloomberg"in məlumatına görə, mədə xorası və
yanmasına qarşı olan "Zantac" dərmanını istehsal edən Britaniya şirkəti
"Glaxo" dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat
verməyib və bazardan çıxarmayıb. Dərman qəbul edərkən xərçəng riskinin
artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.