“Səhhətimlə bağlı şayiələr yayılıb, həmin məlumat səhvdir”.
Medicina.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Ramiz Novruz səhhəti ilə bağlı danışarkən deyib.
“Səhhətimdə narahatlıq var idi, soyuqdəymə idi. Oğlum Cavidan yuxulu-yuxulu dostuna nə isə deyib. Dostu da bunu ayrı cür yayıb. Haqqımda yayılan məlumat səhvdir. Fəxr edirəm ölkəmlə, dövlətimlə, diqqətsiz qoymadılar, dərhal maraqlandılar. Hər şey nəzarət altındadır. Mən də özümü yaxşı hiss edirəm”, - Xalq artisti bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Novruza mədə xərçəngi diaqnozu qoyulması ilə bağlı xəbər yayılmışdı.