65eb102c7d2e0202403241836
XƏBƏRDARLIQ! Saat 21:00-dək telefon və planşetlərdən maksimum az istifadə edin

Bu gün Bakıda geomaqnit qasırğası olacaq.  

Qlobal.net xəbər verir ki, qasırğa günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq və saat 21:00-dək davam edəcək. 

Maqnit qasırğalara meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.(baku.vs)

08.03.2024 17:17
show 510