hava
XƏBƏRDARLIQ: Bu tarixdən hava kəskin dəyişir
İyulun 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Qlobal.net-ə verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

21.07.2024 17:03
show 1487