Tanınmış müğənni Xatirə İslam hazırda Birləşmiş Ərəb Əmirliklərində istirahət edir. Sənətçi günəşli çimərlikdə dincələrkən çəkilən fotolarını sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Qlobal.net xəbər verir ki, Xatirənin seçdiyi libas – qırmızı, dərin sinə dekolteli və uzun yarıqlı geyim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun zövqlü və cazibədar görünüşünü tərifləsələr də, digərləri daha əvvəl verdiyi açıqlamaları xatırladaraq, müğənnini tənqid ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Xatirə İslam həmkarları Sevil və Sevinc Səfərova bacıları haqqında danışarkən "Oğluma onları almazdım, qısa geyinirlər" ifadəsini işlətmişdi. Bu açıqlamanın fonunda onun indi özünün cəsarətli geyim seçimi etməsi bəzi sosial media istifadəçilərinin gözündən yayınmayıb. Müğənninin geyimi ilə bağlı müxtəlif fikirlər səslənsə də, o, şərhlərə cavab verməyib. (yenisabah.az)