Xatirədən geyimini tənqid edənlərə: “Ailənin sinəyə nə aidiyyəti?” – VİDEO
Müğənni Xatirə İslam son günlər geyimlərinə görə tənqid edilib.
Bir müddət əvvəl plastik əməliyyatla artıq çəkidən xilas olan
sənətçi qatıldığı məclislərdən fotolarını “Instagram” izləyiciləri ilə
bölüşüb.
İlk əvvəl izləyiciləri Xatirənin geyindiyi yaşıl parıltılı geyimin
qollarını tənqid ediblər.
Daha sonra isə ifaçının paylaşdığı videoda
sinə dekoltesi qınanılıb.
“Gəl olaq bir ailə” adlı mahnısından görüntü yayımlayan müğənni “Bu
mahnını həsr edəcəyiniz insanın adının ilk hərfini yazın” şərhini
yazıb. İzləyicilər isə ona geyimlərini dəyişməsini məsləhət görüb.
Xatirə “Xatirə xanım, gözəl ailən, gül kimi övladın var. Sinənizi
açıq qoyanda nə olur ki? Bir qadın olaraq mən baxanda utanıram”
sözlərinə “Ailənin sinəyə nə aidiyyəti?” cavabını verib.