63f9ecba01c5b202302231050

Xatirə İslam 15 minlik gəlinliyini SATA BİLMİR - VİDEO

Müğənni Xatirə İslam toyunda geyindiyi gəlinlik libasını tapıb.

Bu barədə sənətçinin dostu "zümrüdtural" adlı bloqer öz "instagram" hesabında paylaşım edib.

Belə ki, sənətçi evini təmizləyərkən unutduğu gəlinliyini tapıb. Sözügedən paltarı illər əvvəl satışa çıxarsa da, sata bilməyib.

Qeyd edək ki, ifaçı 2014-cü ildə gəlinliyini satışa çıxarmışdı. O, ağ libası tikdirdiyini və 15 min manat xərc çəkdiyini qeyd edib. Xatirə İslam 2012-ci ildə Fəxrəddin adlı şəxslə ailə qurub. Cütlüyün Emil adlı oğlu var.

25.02.2023 15:09
show 838