64310686e288e202304231534
Xaricdən başqasının əşyasını gətirənlərə RƏSMİ XƏBƏRDARLIQ

Xarici ölkələrə səyahət zamanı hava limanlarında və yaxud digər yerlərdə Azərbaycana gətirmək məqsədilə kənar şəxslərdən əşyalar götürənlər onları ölkənin gömrük sərhədində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada bəyan etməli və müvafiq gömrük ödənişlərini həyata keçirməlidir. 

Qlobal.net xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin xaricdən başqasının əşyasını gətirən şəxslərə etdiyi xəbərdarlıqda bildirilir. 

"Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur", - deyə Komitə bəyan edib.

08.04.2023 10:15
show 375