642d4b5221a19202304232002

Xankəndiyə gedən azərbaycanlı danışdı: “Postda saxladılar, təşvişə düşdülər”

“İllər sonra Xankəndi şəhərinə getdiyimə görə çox sevinirəm. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb”.

Qlobal.net xəbər verir ki, bunu “Report”a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılov deyib.

 Əslən Şuşa şəhərindən olduğunu söyləyən sürücü sonuncu dəfə uşaq yaşlarında Xankəndi şəhərində olduğunu bildirib:

“İllər sonra doğma ərazilərimizə getdim və qürur hissi keçirdim. Xankəndidə dəyişiklik hiss etmədim”.

E.İsmayılov ermənilərə tibbi yardım göstərmələri ilə bağlı təəssüratlarını da bölüşüb:

“Aprelin 4-ü axşam saatlarında bizə çağırış gəldi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. İlkin müdaxilədən sonra onları təcili tibbi yardım maşını ilə Xankəndiyə apardıq. Yolda bizi postda saxladılar, ermənilər əvvəlcə təşvişə düşdülər. Sonra Rusiya sülhməramlıları onlara yaxınlaşıb vəziyyəti izah etdilər”.

05.04.2023 14:19
show 3409