25.03.2021
17:04
2031

Xankəndidə xain qərarlar — Azərbaycan Ordusu hərbi ƏMƏLİYYATLARA BAŞLAYIR?

Loading...

Bu gün Xankəndində özünü respublika adlandıran separatçı qurumun parlamentinin iclası keçirilib.

İclas zamanı separatçı deputatlar rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Qanun layihəsinin qəbuluna 27 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib, daha 2 nəfər isə iclasa qatılmayıb.

Separatçı deputatların qəbul etdiyi ikinci qərar qondarma qurumun yeni ombudsmanının təyin olunması barədə olub. 22 lehinə, 8 əleyhinə olmaqla erməni separatçıları Geqam Stepanyanı özlərinin yeni ombudsmanı elan ediblər.

Xatırladaq ki, bu vəzifədə olan Artak Bəyləryan qondarma respublika prezidentinin aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, Xankəndindəki separatçı ermənilərin bu addımları onların Azərbaycan Respublikasının hüdudları daxilində dinc yanaşı yaşama kimi amalının olmadığını bir daha sübut edir. Bu addımlarla onlar müzəffər Azərbaycan Ordusunun Qarabağda növbəti antiterror əməliyyatlarına başlamasını qaçılmaz etməkdədir. Belə görünür ki, aprel-may aylarında erməni separatçılarının burunlarını yenidən ovmaq lazım gələcək...(musavat.com)

Loading...