Xankəndidə dəhşətli partlayışı ermənilər buna görə törədib - DETALLAR
Ermənistan mediası sentyabrın 25-də Xankəndidəki benzin anbarında baş verən partlayışla bağlı yeni təfərrüatlar yayıb.
Publika.az xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan
partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də,
hadisənin dəqiq səbəbi açıqlanmır.
Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd,
heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların
"rəhbərləri”nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında
"yanğından zərərçəkmiş” şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə
dair idi. Lakin separatçıların son "rəhbərliyinin” Ermənistana keçə
bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki
"rəhbərlərinin” isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı
zəiflədir.
"Haykakan Jamanak” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.
Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.
"Orada mövcud olan yanacaq "ordunun” (qondarma silahlı
dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali
arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara
axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı
qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt
sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik
açmaq istəyib, nəticədə partlayış baş verib”, - hadisə haqda məlumatlı
mənbə bildirib.