6511e8b643b1b202309230822
Xankəndidə dəhşətli partlayış: yüzlərlə ölən var

Xankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb.

Qlobal.net Axar.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində yaralananların sayının onlarla olduğu bildirilir.

“Hazırda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumatımız yoxdur. Hazırda onlarla yaralı var - müxtəlif yanıqlarla”, - hadisə yerində çalışan tibb işçiləri bildirib.

Qarabağın keçmiş qondarma qurumunun keçmiş “ombudsmanı” olduğunu bildirən Geqam Stepanyan partlayış nəticəsində yüzlərlə ölənin (? – red.) olduğunu iddia edib:

“Ölən və yaralananların dəqiq sayını müəyyən etmək mümkün deyil”.

O vurğulayıb ki, insanların həyatını xilas etmək üçün hava təxliyəsinə ehtiyac var.

Qeyd edək ki, partlayışın videosundan "yüzlərlə ölənin olduğu" təəssüratı qətiyyən yaranmır.

26.09.2023 00:02
show 1342