Bir neçə gün əvvəl ad gününü qeyd edən Əməkdar artist Rəşad İlyasova həyat yoldaşı Gülnarə İlyasova sürpriz edib.
Qlobal.net axşam.az-a istinadən bildirir ki, özəl gününü restoranlardan birində qeyd edən İlyasov sənət dostlarını gecəyə dəvət edib.
Xanımı gecədə səhnəyə çıxaraq ifaçı üçün xüsusi hazırlatdırdığı qızıldan bəzədilən mikrofonu hədiyyə edib. O, daha sonra Avropada təhsil alan oğlu Mirzəni məclisə gətirib.
"İcazə verməzdim ki, bu gün Mirzə Rəşaddan uzaq olsun" deyərək, oğlunun Bakıya gəldiyini bildirib.
Gecədə yaşanan görüntüləri təqdim edirik: