Xanım məşhurlar icra başçısı ilə ailə quran aparıcının toyuna nə geyindilər? - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın dəbdəbəli restoranlarının
birində keçmiş xəbər aparıcısı Alidə Mustafayeva və Ağstafa Rayon İcra
Hakimiyyətinin başçısı Seymur Orucovun təmtəraqlı toy məclisi baş tutub.
Mediaya qapalı keçirilən məclisdə şou-biznesin məşhur simaları eləcə də
televiziya ulduzları yer alıblar.
Qlobal.net Bizim.Media-ya istinadla xəbər verir ki, xanım məşhurlar Alidənin özəl günü üçün xüsusi olaraq hazırlaşıblar.
Kimi geyimində sadələyə üstünlük verib, kimi də həmcinslərindən seçilmək üçün qarderobunun ən al-əlvan libasını seçib.
Gəlin birlikdə ulduzların geyindiklərinə nəzər salaq:
Redaksiyamızın əməkdaşının əldə etdiyi məlumata görə, Günay İbrahimli
yaxın rəfiqəsi Alidənin məclisinə saat 20:00 radələrində gəlib. Sənətçi
özəl gecə üçün sinə və kürək dekolteli uzun libas seçib. Əlbisədə
diqqətçəkən məqam geyimin sinə və kürək hissəsinin yaşıl, ətəyə qədər
uzanan hissəsinin isə qara rənglə kombinə olmasıdır. İbrahimlinin bərq
vuran obrazını qoluna taxdığı iri ölçülü saat, brilliant daşlarla
bəzədilmiş boyunbağı, həcmli sırğalar və miniatür gümüşü rəngli çantası
tamamlayıb. Günay gecədə 3 mahnı ifa edib.
Məclisin aparıcılığını öz üzərinə götürən Zümrüd Bədəlova görünüşü ilə
göz qamaşdıran məşhurlardan olub. Belə ki, Zümrüd sinə və kürək
dekolteli, üst hissəsi belə qədər uzanan karsetdən ibarət uzun bej
rəngdə libas geyinib. Geyimin özəlliyi isə üzərindəki xırda işləmələr
olub.
Aparıcılar, Samirə Mustafayeva, Turanə Hüseynli, Səma Abıyeva, Jalə
Həsənli, Nübar Əbil və Əməkdar artist Nailə İslamzadə sadəliyə üstünlük
veriblər. Bu xanımların hər biri müxtəlif biçimli qara rəngdə zərif
libas geyiniblər.
Fəridə Abdulla və Könül Arif isə yalnız rəng baxımından
həmkarlarından fərqləniblər. Belə ki, onlar əyinlərini yaşıl rəngdə
libasla bəzəyiblər.
"Xəzər" televiziyasının ulduz aparıcıları Lalə Azərtaş və Nigar Mahmudova geyimlərində bej tonlarına üstünlük veriblər.