İranda son vaxtlar dərmanların kəskin bahalaşması vətəndaşlar arasında ciddi haqlı narazılığa və hiddətə səbəb olur.
Qlobal.net milli.az-a istinadla bildirir ki, bununla bağlı, vətəndaşlardan biri deyir ki, iki gün öncə 90 min tümənə aldığı dərmanı bu gün 141 min tümənə almalı olub.
"Ey Xamenei, bilmirəm, sən İmam Zamanın yer üzündəki nümayəndəsisən, vəli-e fəqih (müsəlmanların lideri), İranın müdrik rəhbərisən, yalnız bunu dəqiq bilirəm ki, sənin haqqında bütün bu deyilən üstün xüsusiyyətlər puçdur. Sən heç nəsən!", - deyə o vurğulayıb.
Qəzəbli vətəndaş əlavə edib: "Ölkə rəhbərinin vəzifəsi nədir? Ölkədə qadınları zorla hicaba məcbur etmək? Rəhbərin vəzifəsi ölkəni yaxşı idarə etməkdir. Rəhbərin vəzifəsi qadınların geyim tərzinə müdaxilə etmək və başqalarının din və məzhəbinə qarışmaqdır?".
"43 ildir ki, ölkədə şallaq, işgəncə, edam və kütləvi qətllərlə hökmranlıq edərək indi ölkəni belə bir acınacaqlı vəziyyətə gətirib çıxarıbsan!", - deyə sonda o fəryad edib.