64d9b0451a595202308234037
Xalq artistinin qızını görənlər tanımadı - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni görüntüsü ilə gündəm yaradıb.

Qlobal.net Publika.az-a istinadən xəbər verir ki, anası kimi artıq çəkidən keçirdiyi əməliyyatlar sayəsində xilas olan İlqarə Kazımova tanınmaz hala düşüb. İnanılmaz dərəcədə arıqlayan İlqarə saçlarını saraldıb, gözlərinə isə mavi linza taxıb. O, yeni görüntülərini instaqramda bölüşüb.

İzləyiciləri onun bu dəyişiminə heyran qaldıqlarını qeyd ediblər. Bir qismi isə onun Ukrayna əsilli müğənni Ani Loraka bənzədiyini bildiriblər.

Qeyd edək ki, İlqarə Kazımova oktyabrın 7-də 33 yaşını qeyd edəcək.

14.08.2023 08:39
show 919