Rusiyanın 61 yaşlı Xalq artisti Qriqori Lepsin nişanlısı, 18 yaşlı Avrora Kiba növbəti dəfə bahalı aksessuarı ilə gündəmə gəlib.
Qlobal.net publika.az-a istinadən xəbər verir ki, Moskva Dövlət Universitetinin tələbəsi olan Avroranın "Instagram"da paylaşdığı fotoda təxminən 400 min rubl (7640 manat) dəyərində olan "Miu Miu" brendinə məxsus çanta diqqət çəkib.
O, çantanı çiçək naxışlı "Hermes" yaylığı və "Fendi" brelokları ilə bəzəyib. Gənc qız fotoya "Bugünkü yaradıcılığım" şərhini yazıb.
Qeyd edək ki, Xalq artistinin gənc nişanlısı tez-tez lüks əşyaları ilə gündəmə gəlir.