Xalq artistindən ÜZÜCÜ XƏBƏR - Ağır xəstəlik tapıldı
Rusiyanın Xalq artisti Aleksandr Buynov sağalmaz xəstəlikdən əziyyət çəkir.
4-cü dərəcəli prostat xərçəngi diaqnozu qoyulan 74 yaşlı sənətçiyə palliativ yardım ayrılıb.
Qlobal.net bildirir ki, Buynovda 20 il əvvəl də prostat xərçəngi aşkarlanıb.
Daha əvvəl “Tayqa romantikası” və “Ekipaj” filmləri üzərində işləyən 91 yaşlı rusiyalı rejissor Aleksandr Mittanın böyrəklərində bədxassəli şiş aşkarlanmışdı.
Onu da qeyd edək ki, palliativ yardım tibbi və sosial fəaliyyət sahəsi olub, sağalması mümkün olmayan (və ya xəstəliyin son mərhələsində olan) xəstələrin ağrılarının qarşısının alınması və vəziyyətinin yüngülləşdirilməsi məqsədini daşıyır.
Fidan
Qlobal.net