xəstə

Xalq artistində xərçəng aşkarlandı - FOTO

Rusiyanın 85 yaşlı Xalq artisti Qalina Polskixə böyrək xərçəngi diaqnozu qoyulub.

Qlobal.net Musavat.com-a istinadla xəbər verir ki, həkimlər Polskixə xəstəxanaya yerləşdirilməyi və terapiya kursuna başlamasını tövsiyə ediblər.

Bundan əvvəl aktrisa ağciyərləri ilə bağlı problemlər səbəbindən müalicə olunub və ona pnevmofibroz diaqnozu qoyulub. Mütəxəssislər bu xəstəliyin onun keçirdiyi pnevmoniya nəticəsində yarandığını ehtimal edirlər. Qalina Polskixin meneceri bildirib ki, aktrisa hazırda evdədir və stasionar müalicəyə başlamayıb.

Qalina Polskix karyerasına “Vəhşi it Dinqo” filmi ilə başlayıb və bu illər ərzində “Moskva ilə addımlayıram”, “Rusca sevmək”, “Kölgələr günorta itir” kimi filmlər daxil olmaqla 170-dən çox filmdə yaddaqalan obrazlar yaradıb.


25.01.2025 16:00
show 2650