64e6378b24628202308234459
Xalq artisti: “Yayda suya 1 milyon dollar ödəyirəm”

Xalq artisti Emin Ağalarov qatıldığı proqramlardan birində“Sea Brezee” ailəvi-istirahət kompleksinin xərcləri barədə danışıb. 

Lent.az-ın xəbərinə görə, o ildə bu mərkəzdə suya külli miqdarda xərc çəkdiyini deyib.

 “Burada su daşıyıcıları ilə bağlı problemlər var. Həll edəcəyik. Biz su alırıq. Alınan suya yay fəslində  ayda 200-300 min dollar  xərclənir. Bu isə 3 aya təxminən 1 milyon dollar edir. - deyə Emin bildirib. 

23.08.2023 20:43
show 566