642172f620dd2202303234158

Xalq artisti XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ: "Həkimlər məsləhət görür ki..." - FOTO

Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.  

Sfera.az xəbər verir ki, bu haqda axsam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər deyib. 

O bildirib ki, atasının səhhəti yenidən pisləşib: "Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır". 

Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilmişdi. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılmışdı. Qızı onunla bağlı açıqlama verərəkən "Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib" sözlərini söyləyib. 

 

27.03.2023 14:41
show 2411